SON DƏQİQƏ

Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar tədbir keçirilib-FOTOLAR

Tarix:26-02-2026, 21:59

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinə tabeli Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar tədbir keçirilib. 
XeberTıme.az Sumqayıt Bülbül adına UİM-nin rəsmi facebook səhifəsinə istinadən xəbər verir ki, əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuşların əziz xatirəsi ehtiramla anılıb və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Məktəbin nəzəriyyə müəlliməsi Yeganə Hüseynova Azərbaycan tarixinin ən faciəli və qanlı səhifələrindən biri olan Xocalı soyqırımı haqqında danışıb.
Məktəbin şagirdləri Vətənə, şəhidlərə və Azərbaycana həsr olunmuş şeirlər söyləyiblər.
Tədbirdə məktəbin rəssamlıq şöbəsində təhsil alan şagirdlər Xocalı hadisələrinə həsr olunmuş əl işlərindən ibarət sərgi təqdim ediblər. Şagirdlər öz əsərlərində həmin dövrün ağır və faciəli anlarını, şəhidlərimizin qəhrəmanlığını əks etdirərək onları böyük dərinlik və hissiyyatla vurğulayıblar.
Məktəbin 3-cü sinif şagirdi Səməndər Qurbanzadə sazda “Urfani” aşıq havasını ifa edərək şəhidlərə həsr olunmuş şeir söyləyib. Məktəbin tar müəllimləri Rasim Hüseynov və Ruslan Tağıyev tarda muğamlar ifa ediblər.
Tədbirin sonunda Dolu filmi nümayiş olunub. “Dolu” filmi Qarabağ müharibəsində vətən uğrunda vuruşan Azərbaycan oğullarının qəhrəmanlığından bəhs edən bədii filmdir.



 
XeberTıme.az 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ