8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Dünyanı Gözəlləşdirən Qadınlar” adlı tədbir keçirilib.
XeberTıme.az Qobu İncəsənət Məktəbinin rəsmi facebook səhifəsinə istinadən xəbər verir ki,
05.03.2026-cı il tarixində Qobu qəsəbə Sənətkarlıq evində Qobu qəsəbə İcra nümayəndəliyi, Bələdiyyəsi, Mədəniyyət Müəssisələri və Qəsəbə Məktəblərinin birgə təşkilatçılığı ilə 2026-cı ilin Şəhərsalma və Memarlıq İli çərçivəsində 8 mart – Beynəlxalq Qadınlar Gününə həsr olunan “Dünyanı Gözəlləşdirən Qadınlar” adlı tədbir təşkil olunub. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan olunub. Tədbir çərçivəsində “Azərbaycanda ilkə imza atan qadınlarımız” adlı videoçarx nümayiş etdirilib. Proqramın bədii hissəsində “Azərbaycan”, “Anacan”, “Xallı Qız”, “İtən eşqim” adlı musiqi nömrələri səsləndirilib, “Şələqoy” və “Bahar gələndə məndə” adlı rəqs nümunələri təqdim olunub. Klarnet və nağaranın müşayiəti ilə ifa olunan musiqi kompozisiyaları tədbirə xüsusi ab-hava qatıb.
Bununla yanaşı, “Qadın ürəyi”, “Ana”, “Ana hədiyyəsi” və “Anacan” şeirləri səsləndirilərək qadınlara, analara və onların cəmiyyətdəki əvəzsiz roluna həsr olunan duyğulu məqamlar yaradıb. Tədbir zamanı şəhid Bəhruz Səttarovun anası Gülnar xanım çıxış edərək şəhid analarına göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib, qadınların ailə və cəmiyyət həyatındakı mühüm rolundan bəhs edib. Təbrik üçün çıxış edən Ağsaqqallar Şurasının sədri Ədalət Ağayev isə qadınların həyatımızdakı əhəmiyyətindən danışaraq bütün xanımları bayram münasibətilə təbrik edib. Sonda günün mövzusuna uyğun olaraq qadın yazıçı və şairlərimizin əsərlərindən ibarət kitab sərgisi nümayiş olunub və iştirakçılar tərəfindən maraqla qarşılanıb. 








XeberTıme.az