Kürdəmir Peşə Liseyi PHŞ və Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi-nin Xaqani Şirvani adına Aran Regional filialının birgə təşkilatçılığı ilə Azərbaycanın ilk xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş ədəbi-bədii tədbir keçirilmişdir.
XeberTıme.az Kürdəmir Peşə Liseyinin rəsmi facebook səhifəsinə istinadən xəbər verir ki, tədbirdə çıxışlarda şairin Azərbaycan ədəbiyyatındakı xidmətləri və milli-mənəvi dəyərlərimizin formalaşmasındakı rolu vurğulanmışdır. Bədii hissədə şeirlər səsləndirilmiş, musiqili ifalar təqdim olunmuş, həyat və yaradıcılığına dair videoçarx və səhnə nümunələri nümayiş etdirilmişdir.
Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanmışdır. 














XeberTıme.az