17.03.2026-cı il tarixində RM Art Studioda Ramazan və Novruz bayramları münasibətilə “Elimizə bahar gəlir” adlı bayram şənliyi keçirilib.
Tədbiri giriş sözü ilə açan ARDA-nın nəzdində olan ADİK-in, ADPU-nun nəzdində olan ADPK-nin müəllimi, RM Art Studionun rəhbəri, Rəssamlar İttifaqının üzvü Rəsmiyyə Mahmudova qonaqları, rəssam şagird və tələbələri, valideynləri, eləcə də fəxri qonaqları salamlayıb. Ramazan və Novruz bayramı münasibəti ilə təbrik edərək xoş arzularını çatdırdı.
Tədbir çərçivəsində rəssam-müəllimə Təranə Hacıyevanın və RM Art Studionun rəhbəri Rəsmiyyə Mahmudovanın rəssam tələbələrinin əl işlərindən ibarət “elimizə bahar gəlir” rəsm sərgisi nümayiş olunub. Sərgi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Bayram proqramı daha da rəngarəng keçib. Bahar qızının xoş sözləri, səmimi arzuları tədbirə xüsusi ovqat qatıb. Keçəl və Kosa obrazlarının maraqlı səhnəcikləri isə uşaqların böyük marağına səbəb olub və şən əhval-ruhiyyə yaradıb. Bir-birindən rəngarəng milli rəqslər tədbirə xüsusi ahəng qataraq onu daha da gözəlləşdirdi.
Tədbirin fəxri qonaqları Beynəlxalq Qaleriyanın direktoru Elnurə İsgəndərova və “XeberTıme.az” İnformasiya Portalının direktoru Yeganə Telmanqızı tədbir iştirakçılarını İlaxır çərşənbə, Ramazan və Novruz bayramı münasibətilə təbrik edərək, onlara can sağlığı və gələcək həyatlarında uğurlar arzuladılar.
Sonda tədbir iştirakçılarına Fəxri Fərman, Sertifikat və hədiyyələr təqdim olunub.









Yeganə Telmanqızı
XeberTıme.az