SON DƏQİQƏ

Sumqayıt şəhər Bülbül adına 2 nömrəli UİM-də Novruz bayramına həsr olunmuş konsert proqramı keçirilib-FOTOIAR

Tarix:19-03-2026, 03:13

XeberTıme.az Sumqayıt Bülbül adına UİM-nin rəsmi facebook səhifəsinə istinadən xəbər verir ki, Abşeron-Xızı Regional Mədəniyyət idarəsinə tabeli Sumqayıt şəhər Bülbül adına 2 nömrəli UİM-də Novruz bayramına həsr olunmuş konsert proqramı keçirildi. Bayram tədbirində məktəbin şagirdləri müxtəlif musiqi əsərləri ilə çıxış edərək öz istedadlarını nümayiş etdirdilər. Məktəbin “Ümid” rəqs qrupu isə bir-birindən rəngarəng və maraqlı rəqslərlə səhnəyə xüsusi ab-hava qatdı.Tədbirin sonunda məktəbin rəssamlıq şöbəsinin şagirdlərinin Novruz bayramına həsr etdikləri rəsm sərgisi nümayiş olundu və sərgilənən əsərlər iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.
Həmçinin tədbir çərçivəsində şagirdlər milli Novruz adət-ənənələrini səhnədə canlandıraraq bayramın ruhunu və zəngin mədəni irsimizi əyani şəkildə təqdim etdilər.



Yeganə Telmanqızı                                    
XeberTıme.az 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ