SON DƏQİQƏ

“Çıxış Yolu” verlişində Novruz bayramını möhtəşəm şəkildə keçirilib- FOTOLAR+VIDEO

Tarix:22-03-2026, 09:16

20.03.2026-cı il tarixində sevimli teleaparıcı Nuranə Gülərin təqdimatında Kanal S TV-də yayımlanan “Çıxış Yolu” sosial televiziya layihəsində Novruz bayramı möhtəşəm şəkildə qeyd olunub. Bayram şənliyində bir-birindən rəngarəng musiqi ifaları və maraqlı çıxışlar proqramın ab-havasını daha da gözəlləşdirib.Bayram buraxılışında Azərbaycanın bir sıra ziyalıları iştirak edərək Novruzun milli dəyərlərimizdəki yerindən, köklü mədəni irsimizdən danışıblar. Eyni zamanda proqramda Novruz süfrəsinin bəzəyi olan milli şirniyyatlarımız – şəkərbura, paxlava, qoğal və digər təamlar haqqında da maraqlı söhbətlər aparılıb. Baharın müjdəçisi sayılan dörd çərşənbə – Su, Od, Yel və Torpaq çərşənbələri haqqında da danışılıb, onların mənası və xalqımızın bu günlərlə bağlı qədim adət-ənənələri tamaşaçılara çatdırılıb. Verilişə daha da rəngarənglik qatan müğənnilər, saz ifaçıları, qarmon ustaları və “Misri” folklor qrupu tamaşaçılara unudulmaz anlar yaşatdılar. Onların bir-birindən maraqlı çıxışları proqramın ab-havasını daha da zənginləşdirərək, tədbirə xüsusi ruh və coşğu qatdı. Verilişdə iştirak edən bir sıra sənətşünaslıq üzrə elmlər doktorları və professorlar Novruz bayramının musiqidə tutduğu mühüm yerdən bəhs etdilər. Xalq yaradıcılığında onun zəngin ənənələrini, milli musiqimizin inkişafına təsirini və bayramın ritm, melodiya və ifaçılıq üslubunda necə əks olunduğunu geniş şəkildə izah etdilər. Onlar çıxışlarında Novruzun həm klassik, həm də folklor musiqisində xüsusi yer tutduğunu vurğuladılar. Səmimi və bayram əhval-ruhiyyəsi ilə keçən veriliş tamaşaçılara Novruzun ruhunu, birlik və bərəkət ayı olduğundan xəbər verib. Verilişdə səsləndirilən milli ifalar, gözəl rəqslər və rəngarəng çıxışlar bayram əhval-ruhiyyəsini daha da yüksəldib. Səmimi söhbətlər, milli musiqi və rəqslərlə müşayiət olunan bayram buraxılışı tamaşaçılara əsl Novruz sevincini yaşadıb.  
Bayram buraxılışında Azərbaycanda və dünyanın müxtəlif ölkələrində yaşayan bütün azərbaycanlılar Novruz bayramı münasibətilə səmimi təbrik olunub, onlara xoşbəxtlik, bolluq və firavanlıq arzulanıb.
Qoy bu əziz bayram hər evə sevinc, süfrələrə bolluq, ürəklərə isə ümid və xoşbəxtlik gətirsin. Yeni ilin gəlişi hər kəsə sağlamlıq, ruzi-bərəkət və uğurlar bəxş etsin. Novruz bayramınız mübarək olsun! 



 
Sizlərə sayıtımız vasitəsi ilə verlişin tam videosunu təqdim edirik. 





Şəkillər və “Çıxış Yolu” verlişində Novruz bayramının seçilmiş kadrlarları gənc videoqraf Pərviz Mustafazadəyə məxsusdur.



  
 
Yeganə Telmanqızı 
 
XeberTıme.az    

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ