SON DƏQİQƏ

Ürəyimdən keçən mahnı yazılarsa, ona “Acılarımın qadını” adını verərdim- Kəmalə Günəşli

Tarix:27-03-2026, 21:18

Müğənni Kəmalə Günəşli “Hər şeydən biraz” verilişində ürəkdən gələn fikirlərini bölüşərək bildirib ki, əgər “Ürəyimdən keçən mahnı” yazılsa, ona “Acılarımın qadını” adını verərdim.  
27.03.2026-cı il tarixində Bestfm.az radiosunda Aqil Məmmədovun və Dürdanə Abbasqızının təqdimatında yayımlanan “Hər şeydən biraz” verlişinin qonağı sevilən müğənni Kəmalə Günəşli olub. 
Kəmalə xanım son vaxtlar trendə çevrilən “Ceyranım” mahnısı ətrafında yaranan müzakirələrə də münasibət bildirib. O qeyd edib ki, mahnıda işlədilən “atışmamış, əlimə yapış” kimi ifadələr Azərbaycan dilində mövcud olan sözlərdir və dilimizin zənginliyini göstərir. Sənətçi vurğulayıb ki, bu cür ifadələrin yanlış yozulması düzgün deyil: bəzi insanların mahnıdakı sözləri fərqli və mənfi mənada təqdim etməsi əsassızdır. Əslində 2025-ci ildə trend olan “Röyada idim” mahnısında da “Solmamışdım, qalmamışdım, olmamışdın” sözləri yer alıb.                          
Onun fikrincə, Azərbaycan dili kifayət qədər zəngin və rəngarəngdir və bu cür ifadələr də həmin zənginliyin bir hissəsidir.             
Verilişdə peşəkar yaradıcılıq yolunda qarşılaşdığı keşməkeşli, ağır və zəhmətli illərdən söhbət açıb. O bildirib: “Bəli, hər bir uğurun arxasında çətin, ağır və yuxusuz günlər dayanır. Bu günlərin bəhrəsini isə sonda Ulu Yaradan dəyərləndirir.
Verlişini aparıcısı Dürdanə xanımın “Televiziyalara qadağa qoyublar sizə bu haqda nə danışa bilərsiz?”- sualına sənətçi bildirib ki “Məni televizyalar tanıtmayıb…məni Tiktok, İntagram, Yutobe platformaları xalqa tanıdıb! Sevimli müğənni qarşıdakı yaradıcılıq planlarından da danışıb.

Xatırladaq ki, Kəmalı Günəşli 4 ildir peşəkar sənətdədir. 
Bizdə XeberTıme.az” İnformasiya Portalı və “Bestfm.az” radiosu olaraq sevimli müğənni, sadə və səmimi insan Kəmalə Günəliyə möhkəm can sağlığı, uzun ömür və davamlı yaradıcılıq uğurları arzulayırıq.
 
XeberTıme.az sizə “Hər şeydən biraz” verlişinin” verlişinin fotoxronikasını təqdim edir.





Yeganə Telmanqızı 
XeberTıme.az  

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ