“Hər şeydən biraz” verlişinin bu dəfə ki, qonağı gənc, istedadlı gitara ifaçısı Rəvan Nofəloğlu oldu.
13 aprel 2026-cı il tarixində saat 13:00-da Aqil Məmmədov və Yeganə Telmanqızının təqdimatında Bestfm.az radiosunun canlı efirində səslənən “Hər şeydən biraz” verlişinin bu dəfə ki, qonağı gənc, istedadlı gitara ifaçısı Rəvan Nofəloğlu oldu. 


Verlişdə Aqil Məmmədov və Yeganə Telmanqızının ünvanladığı səmimi və maraqlı suallar izləyicələrində könlüncə oldu. Verlişin fasilə aralarında Rəvan Nofəloğlunun və Nofəl Süleymanovun ifaları səsləndi. Rəvanın gitarada ifa etdiyi canlı ifa verlişə xüsusi rəngarənglik və canlılıq qatdı. Verlişdə gənc ifaçının qarşıdakı planlarında və yeni proyektlərindəndə danışıldı.
Xatırladaq ki, Rəvan Nofəloğlu tanınmış azərbaycanlı gitara ifaçısı Nofəl Süleymanovun oğludur.
Bestfm.az radiosunun verlişlərini hər gün www.tiktok.com/@aqil.radio səhifəsindən canlı yayımı izləyə bilərsiz.
Yeganə Telmanqızı
XeberTıme.az
