XeberTıme.az Sumqayıt Bülbül adına UİM-nin rəsmi facebook səhifəsinə istinadən xəbər verir ki, Özbəkistan Respublikası, Xarəzm vilayəti, Xivə şəhərində keçirilən "Khiva art fest-2026" beynəlxalq müsabiqəsi keçirilib. Abşeron-Xızı Regional Mədəniyyət idarəsinə tabeli Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin saz ixtisası üzrə müəllimi Nurlan Məmmədlinin bədii rəhbəri olduğu "Cəngi sazçı folklor qrupu" Qran-pri mükafatı ilə, həmin məktəbin saz ixtisası üzrə təhsil alan 1-ci sinif şagirdi Nuray Əliyeva və 3-cü sinif şagirdi Səməndər Qurbanzadə 1-ci dərəcəli diplomla təltif olunub. 




XeberTıme.az