SON DƏQİQƏ

Mədəni qastrol proqramının növbəti ünvanı Xırdalan şəhəri olub-FOTOLAR

Tarix:15-04-2026, 09:24

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən bədii kollektivlərin qastrol proqramı davam edir. 
XeberTıme.az Abşeron-Xızı Regional Mədəniyyət idarəsinin rəsmi facebook səhifəsinə istinadən xəbər verir ki, layihə çərçivəsində aprelin 11-də Xırdalan şəhərindəki Abşeron rayon Mədəniyyət Mərkəzində Heydər Əliyev Sarayının Niyazi adına Dövlət Simfonik Orkestrinin iştirakı ilə konsert keçirilib.
Konsertdə Xalq artisti, Niyazi adına Dövlət Simfonik Orkestrinin bədii rəhbəri Yalçın Adıgözəlovun dirijorluğu ilə Üzeyir Hacıbəylinin “Arazbarı”, Antonio Salyerinin “Venesiya yarmarkası” operasından uvertüra, Asəf Zeynallının “Muğamsayağı”, Vasif Adıgözəlovun “Prelüd №1” və “Lay-lay”, Qara Qarayevin “Don Kixot” simfonik qravürlərindən “Səyahət”, Hacı Xanməmmədovun “Kamança və orkestr üçün konsert”indən II hissə, Frits Kreyslerin “Çin tamburini”, Edvard Qriqin “Per Günt” süitasından “Solveyqin mahnısı”, Niyazinin “Arzu”, Arif Məlikovun “Komdenin arzuları”, Həsən Rzayevin “Çahargah” rapsodiyası, Astor Piazzollanın “Oblivion”, Jorj Bizenin “Arlezian süitası”ndan “Farandola”, Fikrət Əmirovun “Min bir gecə” baletindən “Şəhrizadın bayramı” əsərləri ifa olunub.
Orkestrin yüksək peşəkarlıqla ifa etdiyi bütün musiqi nömrələri alqışlarla qarşılanıb.
Qeyd edək ki, qastrol layihəsi paytaxt və bölgələri vahid mədəni proqram çərçivəsində birləşdirən və ölkə üzrə geniş coğrafiyanı əhatə edən ilk sistemli təşəbbüs kimi həyata keçirilir.




XeberTıme.az 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ