14.04.2026-cı il tarixində Qobu qəsəbə mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə 15 Aprel – Beynəlxalq Mədəniyyət Gününə həsr olunan “Mədəniyyət Nümunələri” adlı tədbir təşkil olunub.
XeberTıme.az Qobu Incəsənət Məktəbinin rəsmi facebook səhifəsinə istinadən xəbər verir ki,
ədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin və vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirin davamında Beynəlxalq Mədəniyyət Gününün tarixi, bu günün əhəmiyyəti, həmçinin Azərbaycanın zəngin və çoxşaxəli mədəni irsi haqqında ətraflı məlumat verilib. Milli-mədəni dəyərlərimizi, incəsənət sahələrimizi əks etdirən videoçarx nümayiş olunub. Tədbirin bədii hissəsində Qobu qəsəbə Uşaq İncəsənət Məktəbinin şagirdləri tərəfindən qarmon və fortepiano alətlərində ifa olunan musiqi nömrələri tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. Söz qədim sənət növlərimizdən olan xalçaçılıq sənətinin təbliği istiqamətində uzun illər fəaliyyət göstərən, Qobu qəsəbə əməkdar mədəniyyət işçisi Firəngiz Orucovaya verilib. O, çıxışında Azərbaycan xalçaçılıq sənətinin tarixindən, onun milli kimliyimizin formalaşmasındakı rolundan bəhs edərək bu sənətin qorunmasının və gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayıb. Tədbirdə çıxış edən Qobu qəsəbə Sənətkarlıq evinin direktoru Müsəllim Əsgərov isə mədəniyyət işçilərini bu əlamətdar gün münasibətilə təbrik edib, mədəni irsimizin qorunması və təbliği istiqamətində görülən işləri yüksək qiymətləndirib. Tədbirin sonunda qonaqlar üçün xüsusi hazırlanmış Mədəniyyətimiz başlıqlı sərgi və guşələr təqdim olunub. Sərgidə milli mədəniyyətimizin müxtəlif sahələrini əks etdirən əl işləri, xalçaçılıq nümunələri, naxış və dekorativ-tətbiqi sənət nümunələri, həmçinin zəngin kitab sərgisi nümayiş etdirilib.











XeberTıme.az