SON DƏQİQƏ

Dünya İncəsənət Gününə həsr olunmuş sərgi təşkil olunub-FOTO

Tarix:17-04-2026, 11:46

Beynəlxalq onlayn platformada "İyilik Üretenler" Dərnəyi və Beynəlxalq Qalereyanın birgə təşkilatçılığı ilə Dünya İncəsənət Gününə həsr olunmuş sərgi təşkil olundu.

Sərgidə Ağdam rayonundan Qönçə ART Studionun rəhbəri Qönçə Həzizadə tələbələri ilə, AMK-nın  nəzdində Respublika İncəsənət Gimnaziyasının müəllimi Minə Məmmədova, rəssamlar Vüqar Şıxəliyev, Aygün Kamilqızı, Cavidan İsayev, Elnura İsmayılova, Humay Məcidli, Turan Məmmədova, Ədilə Eyvazlı, Ülkər Nəzirova, Mələk Həsənli, Nasin Gül və digər ölkələrdən olan rəssamlar iştirak edirdilər. Sərgini giriş sözü ilə açan Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova sərgi iştirakçılarıını  Dünya İncəsənət Günü münasibətiilə təbrik edib uğurlar arzuladı. 

Günün əlamətdar hadisəsi olaraq AMK-nın  nəzdində Respublika İncəsənət Gimnaziyasının müəllimi, rəssam, jurnalist Minə Məmmədovanın doğum gününü qeyd etdilər.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub xatirə fotoları çəkildi.


 

Müxbir: Aygün Oqtay

Fotoqraf: Camal

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ