SON DƏQİQƏ

Ağdam rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə onlayn görüş keçirildi-FOTO

Tarix:25-02-2021, 09:50

23 Fevral 2021-ci il tarixdə Ağdam rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə, Azərbaycan Rəssamlar İttifaqının rəsmi üzvləri, sərgi-tədbir təşkilatçıları Elnurə və Aygün İsgəndərova bacıları ilə onlayn görüş keçirildi. 
Tədbiri giriş sözü ilə Ağdam rayon Heydər Əliyev Mərkəzinin Fond müdiri Elçin Cəfərov açdı. Sonra söz Elnurə və Aygün İsgəndərova bacılarına verildi. Onlar da, öz növbələrində bu tədbirin təşkilinə görə Ağdam rayon Heydər Əliyev Mərkəzinin rəhbərliyinə təşəkkürlərini bildirdilər. Ardınca söz, Ağdam rayon Zaur İmanov adına Zəngişalı kənd Mədəniyyət evinin direktoru Fikrət Əliyevə verildi. Fikrət Əliyev də, görüşün təşkil edilməsinə görə təşəkkürünü bildirərək, belə görüşlərin keçirilməsinin vacibliyini vurğuladı. Ardınca söz alan Ağdam rayon Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyinin direktoru Sahib Məmmədov da, görüş haqda müsbət fikirlərini söylədi.

“XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ