SON DƏQİQƏ

Möhtəşəm şeir müsabiqəsinin nəticələri bəlli OLDU! Mükafatı kim qazanıb?

Tarix:24-04-2026, 00:00

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərancamı ilə ölkəmizin hər yerində görkəmli Azərbaycan şairi Səməd Vurğunun (Vəkilov) anadan olmasının 120 illiyi 2026-cı ildə ölkə səviyyəsində silsilə tədbirlər və poeziya gecələri qeyd olunur, şeir müsabiqələri keçirilir. 

Bu gün Respublika televiziyasının təşkilatçılığı ilə keçirilən Xalq şairi  Səməd Vurğunun anadan olmasının 120 illiyinə hərsr olunmuş  "Vurğun" şeir müsabiqəsinin nəticələri bəlli olub. Münsiflər və layihə rəhrbəri, eyni zamanda aparıcı və RTV-nin baş redaktoru, təsisçisi Əli Həmzəyev nəticələri ictimaiyyətlə bölüşüblər. AJB-nin üzvü, Jurnalist, Pedaqoq Yeganə Telmanqızı və Aşıq, Şair AAB-nin üzvü Nurlan Məmmədli bir münsif kimi şeirlərdəki qüsurları, zəif və güclü tərəfləri bildiriblər. Sonda isə münsiflər və aparıcı tərəfindən müsabiqənin qalibi açıqlanıb.




Qeyd edək ki müsabiqənin qalibi Sumqayıt şəhər M.Quliyev adına 3 nömrəli tam orta məktəbin 11b sinif şagirdi Rəşad Qasımzadə olub. Xatırladaq ki, gənc şair Rəşad Qasımzadə həm də bir neçə kitabın müəllifidir.  

Yaxın günlərin birində mükafatlandırma mərasimi keçiriləcək. Daha ətraflı məlumat üçün linkdəki videoyu izləyə bilərsiniz!




"Vurğun" şeir müsabiqəsinin informasiya dəstəyi XeberTıme.az sayıtına məxsusdur. 
 
XeberTıme.az

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ