Azərbaycan Milli Xalça Muzeyində “Xalçalarda memarlıq” sərgisi açılacaq.
Mayın 17-də Azərbaycan Milli Xalça Muzeyində Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) həsr olunmuş “Xalçalarda memarlıq” adlı sərgi açılacaq.
Sərgidə muzey kolleksiyasına aid XIX-XXI əsrlərdə toxunmuş xalq yaradıcılığı nümunələri və müəllif xalçaları nümayiş olunacaq. Ekspozisiya Azərbaycan xalça sənətində memarlıq motivlərinin bədii ifadəsini və tarixi abidələrin ornamental yaddaşda yaşadılmasını əks etdirir.
Sərgidə Xalq rəssamları Lətif Kərimovun, Eldar Mikayılzadənin, Əməkdar rəssam Taryer Bəşirovun, gənc xalçaçı-rəssam Afaq Abdullayevanın və başqalarının əsərləri yer alacaq. Xalq rəssamı Eldar Mikayılzadənin “Məlhəm” xalçası və rəssam Cəmilə Həşimovanın “Yol” konseptual layihəsi isə ictimaiyyətə ilk dəfə təqdim olunacaq.
“Xalçalarda memarlıq” sərgisi Azərbaycan xalça sənətində memarlıq irsinin estetik və fəlsəfi təcəssümünü nümayiş etdirir, ənənə ilə müasir baxış arasında yaradıcı əlaqə yaradır.
В Азербайджанском национальном музее ковра откроется выставка «Архитектура в коврах».
17 мая в Азербайджанском национальном музее ковра откроется выставка под названием «Архитектура в коврах», посвящённая 13-й сессии Всемирного форума городского развития (WUF13).
На выставке будут представлены образцы народного творчества и авторские ковры XIX–XXI веков из коллекции музея. Экспозиция отражает художественное воплощение архитектурных мотивов в азербайджанском ковровом искусстве и сохранение исторических памятников в орнаментальной памяти.
В экспозиции будут представлены работы народных художников Лятифа Керимова, Эльдара Микаилзаде, заслуженного художника Тарьера Баширова, молодой художницы-ковроткачихи Афаг Абдуллаевой и других. Ковер «Мельхем» народного художника Эльдара Микаилзаде, а также концептуальный проект «Путь» художницы Джамили Хашимовой будут впервые представлены общественности.
Выставка «Архитектура в коврах» демонстрирует эстетическое и философское воплощение архитектурного наследия в азербайджанском ковровом искусстве, создавая творческую связь между традицией и современным взглядом.
The “Architecture in Carpets” Exhibition Will Open at the Azerbaijan National Carpet Museum.
On May 17, an exhibition Architecture in Carpets, dedicated to the 13th Session of the World Urban Forum (WUF13), will open at the Azerbaijan National Carpet Museum.
The exhibition will feature examples of folk art and artist-designed carpets from the museum’s collection, woven between the 19th and 21st centuries. The exposition reflects the artistic expression of architectural motifs in Azerbaijani carpet art and the preservation of historical monuments within ornamental memory.
The exhibition will include works by People’s Artists Latif Karimov and Eldar Mikayilzada, Honoured Artist Taryer Bashirov, young carpet artist Afaq Abdullayeva, and others. People’s Artist Eldar Mikayilzada’s carpet Malham and artist Jamila Hashimova’s conceptual project Road will be presented to the public for the first time.
The exhibition Architecture in Carpets demonstrates the aesthetic and philosophical embodiment of architectural heritage in Azerbaijani carpet art, creating a creative connection between tradition and a modern perspective.
Xebertime.az
Müxbir: Aygün Oqtay