SON DƏQİQƏ

“Mehriban Əliyeva: İslami və mənəvi dəyərlərin təbliğatçısı”-FOTO

Tarix:10-03-2021, 22:59

10 mart 2021- ci il tarixində Qazax Rayon Heydər Əliyev Mərkəzinin və Ağstafa Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Mehriban Əliyeva: İslami və mənəvi dəyərlərin təbliğatçısı” mövzusunda videokonfrans formatında Zoom platforması üzərindən görüş keçirildi. 
XeberTıme.az  xəbər verir ki, videokonfransda Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbə müdiri Rasim Tağıyev, Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvləri, rəssam sərgi-tədbir təşkilatçıları Elnurə İsgəndərova və Aygün İsgəndərova iştirak etdilər. Görüşdə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın yüksək humanizm, mərhəmət və nəciblik kimi ali mənəvi keyfiyyətlərindən, milli maraqlar və ümumbəşəri dəyərlərə əsaslanan fəaliyyətindən, sosial məsələlərin həllində atdığı addımların xalqımızın və dövlətimizin mənafeyinə xidmət etməsindən ətraflı danışıldı.
Videokonfrans iştirakçılarını salamlayan Ağstafa Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova tədbiri açaraq sözü Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova verdi. Ceyhunə Hüseynova bildirdi ki, Azərbaycan Prezidentinin yaxın silahdaşı onunla çiyin-çiyinə Azərbaycanın müstəqilliyinin, tərəqqisinin inkişafında yorulmadan fəaliyyət göstərən Mehriban xanım Əliyeva Azərbaycan qadınlarının ümumiləşmiş obrazı kimi dünyada sülh və mədəniyyət elçisidir. Azərbaycanın qurucusu xalqın Ümummili lideri Heydər Əliyevdən bizə miras qalan müstəqil Azərbaycan və onun müəllifi olduğu siyasətini davam etdirən İlham Əliyev ölkəmizi rifah, inkişaf və sabitlik adasına çevirib və bütün bu işlərdə onunla çiyin-çiyinə Azərbaycanın milli maraqlarına və ümumbəşəri dəyərlərə xidmət göstərən fəaliyyəti ilə bütün qadınlara örnək olan Mehriban xanım Əliyevanın gördüyü işlərin öz xüsusi çəkisi vardır. Mehriban xanım Əliyeva geniş ictimai fəaliyyəti ilə dünya səviyyəsində Azərbaycan qadınının müsbət obrazını formalaşdırmışdır. Xeyirxahlığı, mərhəməti, insanlara qayğını həyat amalına çevirən, fəaliyyətində dövlətin və xalqın maraqlarını ən ümdə vəzifə hesab edən Mehriban xanım Əliyeva üzərinə düşən vəzifənin öhtəsindən çox uğurla gəlir.
Sonra söz Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbə müdiri Rasim Tağıyevə verilib. O, bildirib ki, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr xalqa, dövlətə ləyaqətlə xidmət etməklə milli maraqların üstün tutulması kimi vacib məsələləri hər zaman prioritet hesab edib. Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmağı, dini tolerantlığın bərqərar olmasına, dünyaya inteqrasiya prosesində milli mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək olması Mehriban xanım Əliyevanın fəaliyyətinin əsas istiqamətlərindən biridir.
Ağdam rayonun fəxri qonağı olan Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvü, rəssam sərgi-tədbir təşkilatçısı Elnurə İsgəndərova bildirmişdir ki, II Qarabağ savaşı bitdikdən cəmi bir neçə gün sonra Azərbaycan Respublikasının Prezidentinin Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevlə birgə işğaldan azad edilmiş torpaqlarımıza səfərləri məhz qalib xalqın qalib Lideri kimi Qarabağın Azərbaycan ərazisi olduğunun və Azərbaycanın dövlət işində haqq ədalət uğrunda savaşda xalqın, millətin yanında olmasının sübutu idi. Dövlət başçımızın Ağdamda, Şuşada dağıdılıb viran qoyulmuş məscidlərə ayaqyalın daxil olaraq dua etmələri böyük ehtiramın və dinimizə, tariximizə ibadət, ocaqlarımıza dərin bağlılığın sonsuz sevginin nümunəsi idi.
Çıxışlarda ümumi fikir ifadə olundu ki, Mehriban xanım Əliyevanın fəaliyyəti möhtərəm Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi xətti uğurla tamamlayır. Xalqını sevdiyi qədər xalqı tərəfindən sevilən Mehriban xanım Əliyevanın mədəniyyətimizə, tariximizə, adət-ənənələrimizə bağlılığı onun ümumxalq sevgisinə layiq olduğunu sübut edir.
 

“XeberTıme.az”

                                                                                                                                                                         

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ