SON DƏQİQƏ

“Cabir Novruz” Poeziya Evinin açılışı oldu

Tarix:13-03-2021, 08:59

“Cabir Novruz” Mədəniyyət fondu və “Azərkitab”ın birgə təşkilatçılığı ilə “Azərkitab-Kitab Mərkəzi”nin nəzdində fəaliyyət göstərəcək “Cabir Novruz” Poeziya Evinin açılışı olub. 
Açılışda “Cabir Novruz” Mədəniyyət fondunun rəhbəri Cavanşir Qurbanov, Poeziya evinin direktoru Gültəkin Novruzova Əliabbas qızı, xalq yazıçısı Çingiz Abdullayev və digər qonaqlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə “Azərkitab”ın layihə rəhbəri , " Həkəri" qəzetinin fəxri heyətinin üzvü Sabir Həsənov açmışdır.
Çıxış edənlər Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, əməkdar incəsənət xadimi, xalq şairi Cabir Novruzun həyatı və yaradıcılığından ətraflı söz açıblar.

Rauf İlyasoğlu


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ