SON DƏQİQƏ

Üç ölkənin spikeri Cıdır düzündə

Tarix:29-07-2021, 23:48

Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysərin rəhbərlik etdikləri nümayəndə heyətləri Şuşaya səfər çərçivəsində iyulun 29-da Cıdır düzündə olublar.
XeberTıme.az  xəbər verir ki, Şuşa şəhərindəki bir sıra tarixi və dini-memarlıq abidələrini, həmçinin digər məkanları ziyarət etdikdən sonra Cıdır düzünə gələn qonaqlar buradan açılan əsrarəngiz mənzərəni seyr ediblər.

Qeyd edək ki, nümayəndə heyətlərinin səfəri bu gün başa çatacaq.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ