SON DƏQİQƏ

Xaricdə təhsil almış bir qrup məzun işğaldan azad olunmuş Ağdam rayonuna səfər edib- FOTO

Tarix:3-08-2021, 20:46

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" və “Hökumətlərarası Təqaüd Proqramları” çərçivəsində dünyanın bir sıra nüfuzlu ali təhsil müəssisələrində təhsil almış, Azərbaycanda müxtəlif dövlət qurumlarında və özəl şirkətlərdə rəhbər və aparıcı mövqelərdə çalışan bir qrup məzun işğaldan azad olunmuş Ağdam rayonuna səfər edib.
XeberTıme.az xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev məlumat paylaşıb.
Nazir qeyd edib ki, müasir Azərbaycanın aparıcı insan kapitalı hesab edilən bu gənclər 44 günlük Vətən müharibəsi zamanı tibb sahəsində müharibədən zərər çəkmiş hərbiçilərimizə səhiyyə xidmətinin göstərilməsində, həmçinin sosial media hesablarında, ictimai və diplomatik platformalarda ölkəmizin haqq səsini dünya ictimaiyyətinə çatdırılmasında öz töhfələrini veriblər: "Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin timsalında məzunlar işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, dirçəldilməsi prosesində iştirak edir. İnanırıq ki, yaxın gələcəkdə ixtisas sahəsinə uyğun olaraq digər məzunlar da bu ərazilərdə yaradılacaq dövlət və özəl müəssisələrdə çalışacaq, ölkənin, regionun inkişafına töhfələrini verməkdə davam edəcəklər".



FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ