SON DƏQİQƏ

Vətən müharibəsində itkin düşən daha bir hərbçimizin nəşi tapıldı

Tarix:13-10-2021, 20:53

Vətən müharibəsində itkin düşən və axtarışları davam edən 7 hərbçidən biri - Əliyev İxtiyar İlqar oğlunun nəşi tapılıb.
XeberTıme.az  bildirir ki, bu barədə APA-ya onun qardaşı Vüqar Əliyev məlumat verib.

O, bildirib ki, şəhid İxtiyar Əliyev sabah Goranboy rayonunda dəfn olunacaq. Qeyd edək ki, şəhid hərbi qulluqçumuz Vətən müharibəsi zamanı oktyabrın 6-da Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub. Allah rəhmət eləsin!

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ