SON DƏQİQƏ

Ömər aşırımı qardan təmizlənir

Tarix:11-11-2021, 21:59

Toğanalı-Kəlbəcər avtomobil yolunun Murovdağ silsiləsindən keçən hissəsində (Ömər aşırımı) qeyri-sabit hava şəraiti hökm sürür.
XeberTıme.az xəbər verir ki,  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaydığı məlumata əsasən, sözügedən hissədə hərəkətin təhlükəsizliyini təmin etmək məqsədi ilə yolun qardan və buzdan təmizlənməsi istiqamətində mütəmadi olaraq fasiləsiz işlər aparılır.
Agentlik tərəfindən yolun qardan və buzdan təmizlənməsi işlərinə ümumilikdə 12 maşın-mexanizm və texnika cəlb edilib.
Maşın-mexanizm və texnikaların Ömər aşırımında fasiləsiz xidmətini təşkil etmək, o cümlədən duz-qum ehtiyatının saxlanılması məqsədi ilə qayalıq ərazidə 40 metr uzunluğunda tunel-anbar tikilib, işçilərin isinməsi və istirahəti üçün xüsusi xidməti sahə yaradılıb

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ