SON DƏQİQƏ

29 illik ömrün şəhidlik zirvəsi- Vüsal Teymurov

Tarix:15-11-2021, 22:24

13.11.2021-ci il tarixində İkinci Qarabağ müharibəsində ali zirvəyə ucalan, müqəddəs amallar uğrunda döyüşən, qorxu nə olduğunu bilmədən Vətən və xalq yolunda canını fəda edən şəhidlərimizdən biri də Vüsal Teymurovun anım günü idi.                                                                        Vətən müharibəsinin qəhrəman, cəsur döyüşcülərindən olan Vüsal Teymurov qələbəyə saatlar qalmış şəhid olub. Gəncliyini, ömrünü vətənə fəda edən Vüsal qələbəni görməsə də, adını qəhrəmanlar sırasına yazıb.                                  
Anım mərasimi Bakı şəhər Şəhidlər Xiyabanında başlandı. Şəhidlərin əziz xatirəsi ehtiramla yad edildi, ruhlarına dualar oxundu. Şəhid Vüsal Teymurovun məzarı ziyarət olunaraq ailənin yaxınları, şəhidin döyüşdüyü hərbi hissənin gizir və zabitləri tərəfindən gül əkililəri, çiçəklər qoyuldu. Uca yaradandan cəmi şəhidlərimizə rəhmət, ailələrinə səbr diləndi. Könüllü əsgər Teymurovun döyüş yoldaşları onun keçdiyi şərəfli  və çətin döyüş yolundan söhbət açaraq böyük hörmətlə andılar. Ailə üzvüləri, döyüş yoldaşları, dostları, yaxınları onunla bağlı xoş xatirələrdən danışdlar.       
Mərasim şəhidin adına açılan ehsan süfrəsində davam etdirildi. Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirildi, torpaqlarımızın azad olunmasında şəhidlik zirvəsinə ucalanların   əziz xatirəsi bir dəqiqəlik sükütla yad edildi. Tədbirə gələn Səbayil rayon icra hakimiyyətinin nümayəndələri, bir sıra müəssə və təşkilat rəhbərləri, Qarabağ qaziləri, iş adamları, qonaqlar, şəhid ailələri, media nümayəndələri, din xadimlər şəhidlik zirvəsinin müqəddəsliyindən, əbədiliyindən, ucalığından söhbət açdılar. Natıqlər onu da vurğudular ki, şəhid oğulları ürəklərində böyük Vətən sevgisi ilə qəhrəmancasına döyüşdülər. Onların ömür yolu gənclərimizə nümunədir. Uşaqdan-qocaya hər bir vətəndaşımız şəhidlərimizi daim böyük ehtiramla anır, onların qəhrəmanlığını örnək bilir. Şəhidlər ölməz, unudulmaz! İllər keçsə də, gələcək nəsillər onları hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəklər. Şəhidlərin xatirələri hər yerdə anılırsa, deməli, onlar ölməyib, ürəklərdə daim yaşayırlar. Allah cəmi şəhidlərimizə rəhmət eləsin!                                
Xatırladaq ki, Şuşa fatehi Vüsal Teymurov 1991-ci il martın 4-də Bakı şəhərində anadan olub. 1997-2008-ci illərdə Bakı şəhərində T.Məmmədov adına 239 nömrəli tam orta məktəbdə, 2008-2012-ci illərdə Azərbaycan Kooperasiya Universitetinin “Gömrük işinin təşkili” fakültəsində təhsil alıb. Subay idi. Vüsal Teymurov 2012-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2012-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.  
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Vüsal Teymurov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Xocavənd, Cəbrayıl, Zəngilan, Qubadlı və Şuşa rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şücaətliklə vuruşub. Vüsal Teymurov noyabrın 8-də Şuşada gedən ağır döyüşlərin birində şəhidlik zirvəsinə ucalmışdır. Bakı şəhərində Şəhidlər Xiyabanında canı qədər sevdiyi torpağa tapşırılıb.                              
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyev Teymurov Vüsal Zakir oğlunu ölümündən sonra “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif etmişdir.                                                                            
Tədbirin aparıcısı teleaparıcı Lalə Əlimuxtarova və Leyla Quliyeva idi. Vətənpərvər müğənnilər Günel Məhərrəmova, Seyid Taleh, Pərviz Bülbülə, Mirələm Mirələmov, Təranə Nurlu şəhidlər, şəhid anaları haqqında mahnılar oxuyaraq ailəyə baş sağlığı verdilər.            
Ənənəmizə sadiq qalaraq  “Ümid”  Xeyriyyə Cəmiyyətinin rəhbəri Raya Məlikova və  “XeberTıme.az” informasiya portalının rəhbəri Yeganə Telmanqızı tərəfindən şəhidin anası Naidə Teymurovaya “Şəhid Anası ” fəxri diplomunu və portret rəssamı Səadət Məhəmmədəli qızının çəkdiyi şəhidin rəsmindən ibarət əsər təqdim olundu.                         
Sonda Şuşa fatehi şəhid Vüsal  Teymurovun əziz xatirəsinə həsr olunmuş  video çarx nümayiş olundu.     
                                                                                

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!
 
Yeganə Telmanqızı 
 “XeberTıme.az   




       

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ