SON DƏQİQƏ

Cənnətdə bitən güllər heç zaman solmur- FOTO

Tarix:4-01-2022, 21:02

Ruhunuz şad olsun, şəhidlərimiz 
Şəhid adı ən uca məqamdır. Hər kəsə də şəhidlik qismət olmur. Şəhidlər Allahın ən pak və sevimli bəndələridir. Samir də ərazi bütövlüyümüzü qoruyarkən igidliklər göstərmiş , erməni quldurlarını işğal etdikləri torpaqlarımızdan qovarkən  şəhidlik zirvəsinə ucalan igid oğullardan biridir. 


Fərzəliyev Samir Vaqif oğlu 08. dekabr 1996-cı ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində on minlərlə qaçqın və məcburi köçkünlərin məskunlaşdığı bir məkanda , zəhmətkeş bir  ailədə  dünyaya göz açmışdır.
2002-2011- ci illərdə  Samir Fərzəliyev Quzanlı kənd 18 nomrəli məktəbdə  təhsil almış və 9 illik sinfi bitirmişdir. 15 aprel 2015- ci  ildə hərbi xidmətə çagrılaraq Naxçıvan Muxtar Respublikasının Culfa rayonundakı N saylı hərbi hissədə kəşfiyyatçı ixtisasına yiyələnib. 6 aprel 2016- cı ildə hərbi xidmətini mufəffəqiyyətlə başa vuraraq ordudan tərxis olunub. Numunəvi xidmətlərinə görə komandirləri tərəfindən təşəkkürnamələrlə təltif olunub. 19 avqust 2020 - cu ildə Müdafiə Nazirliyinin tərkibində M.A.X.E  kursuna yazılaraq snayperçi manqasında xidmət edib. 07
sentyabr 2020- ci ildə snayperçi kursunu da  uğurla bitirib.  Sərhəd bölgələrində xidmət edib. Dəfələrlə düşmən təxribatının qarşısını alıb.


27 sentyabr 2020- cı ildə vətən müharibəsi başlayıb. Samir Vaqif oğlu Fərzəliyevin snayperci manqası da bir neçə erməni postlarını alaraq düşmənə zərbələr endirərək  onları məhf ediblər.
Onlar 482 metr yüksəklikdə mövqe tutublar. Gərgin döyüşlərin birində düşmən tərəfindən atılan mərmi nəticəsində Samir Fərzəliyev 27  sentyabr 2020- cı ildə saat 12-00 radələrində  yaralanaraq əbədiyyətə qovuşmuşdur.  Şəhidin cənazəsi doğulduğu Quzanlı kəndinə gətirilərək şəhidlər qəbirstanlığında torpağa tapşırılmışdır.




Şəhid anası Siyafər xanımın  dediklərindən; 
" Aprel döyüşlərindən sonra oğlum çox əsəbləşrdi. Arzusu hərbi hissədə xidmət etmək və düşmənə zərbə vuraraq şəhidlərimizin qisasını almaq idi.Samir ölümdən qorxmadi və şəhadəti ilə başımızı hər yerdə uca etdi. Balama toy edəcəydim.Arzum ürəyimdə qaldı .
Əziz oğlum ! Bilirsən səndən sonra heç bir dərd dərin olmur. Sən tək! Heç nə  nə canımı yandırır, yandırsa belə hiss etmirəm." 
Siyafər anaya üzümüzü tutaraq deyirik; ,- Başını uca tutun. Siz vətənə layiqli övlad böyümüsünüz.
Samir şəhadətə ucalıb,  ən yüksək zirvəyə çataraq Rəbbimin dərgahında özünə əbədi məskən seçib. Cənnətdə bitən güllər isə şəhidlərimiz kimi heç zaman solmurlar.
Həmişə təravətli və nurlu olurlar.
Allahdan cəmi şəhidlərimizə rəhmət diləyir,  şəhid valideynlərinə isə  səbr və cansağlığı arzulayırıq. Ruhunuz şad olsun, şəhidlərimiz.

Rauf İlyasoğlu.



FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ