Ağdam şəhər 5 nömrəli orta məktəb.Eyvazova Elenora Əli qızı 1944 - cü ildə Ağdam rayonunda pedaqoq- müəllim ailəsində anadan olmuşdur.
O 1952- ci ildə Ağdam şəhər 5 nömrəli orta məktəbin birinci sinfinə getmiş və 1962- ci ildə həmin məktəbi" Qızıl" medalla bitirmişdir.
O vaxtkı qaydalara görə orta məktəbi qızıl və gümüş medalla bitirən məzunlar istənilən ali məktəblərə imtahansız qəbul olunurdular.
Elonora Eyvazova N.Nərimanov adına Azərbaycan Tibb institutunun ( indiki Azərbaycan Tibb Universiteti) müalicə - profilaktika fakültəsini seçir.
Elə ilk günlərdə onu sinif nümayəndəsi ( statosta) təyin edirlər.
Sonralar Respublika Səhiyyə Nazirliyinin bas mütəxəssisləri olmuş professorlar Nadir İsmayılov, Çingiz Quliyev, Mehman Abbasov və başqaları bir vaxtlar həmin qrupun məzunları olmuşlar.
Elonora Əli qızı 1968- ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirərək təyinatla doğma rayonu Ağdamda mama- qinekoloq həkim kimi fəaliyyətə başlamışdır.
Ailə qurması ilə əlaqədar Bakıdaki Semaşko adına xəstəxanada ( indiki Klinik Tibbi Mərkəzdə), Ş. Ələsgərov adına və M. Əzizbəyov adına klinik doğum evlərində mama- qinekoloq həkim kimi uğurlu fəaliyyət göstərmişdir.
Ağdam şəhər 5 nömrəli orta məktəbin məzunu, adlı - sanlı ziyalı ailəsinin nümayəndəsi olan Elenora həkim (atası Əli Eyvazov Azərbaycanda ilk ordenlə təltif olunmuş müəllim, məktəb direktoru, Ağdam və Jdanov( indiki Beyləqan ) rayonlarında maarif şöbə müdiri işləmiş,anası Abu- həyat müəllimə 5 nömrəli orta məktəbin müəlliməsi, üc qardası və iki bacısı adlı, şanlı həkimdir) Bakı şəhərində yaşayib, işləməyinə baxmayaraq,Vətənin agır günlərində biganə qalmamışdır.
Eleonora Əli qızı Eyvazov dəfələrlə həkim briqadalarının tərkibində Qarabağda- Ağdamda, eləcə də ən qaynar nöqtələrdə ön cəbhələrdə həyatını risqə ataraq Xocalıda,
Cəmillidə, Kosalarda , Güneytəpədə, qızğın döyüşlər gedən yasayış məntəqələrində olmuş, yerli əhaliyə və yaralılara ilk tibbi yardım göstərmişdir.
Elonora Əli qızı Qarabag müharibəsi veteranıdir.
Yaş həddi ilə əlaqədar fərdi təqaüddə olsa da, bu gün də dəyərli məsləhətlərini heç kəsdən əsirgəmir.
Onu da qeyd edim ki, Elonora həkimin böyük qardaşı Rizvan Eyvazov ali dərəcəli həkim terapevt olmaqla, nəinki Qarabağda, Respublikamızda da böyük nüfuz və hörmət sahibi olmuş ziyalılarımızdan idi.
Elonora xanımın kiçik qardaşı Taryel Eyvazov isə Birinci vətən müharibəsinin ən qızğın vaxtlarında 10 il Ağdam səhiyyəsinə rəhbərlik etmiş və Ağdam rayonundan ilk əməkdar həkim adı almış vətənpərvər ziyalılarımızdandır.
Tibb elmləri namizədi Taryel Eyvazov hazırda ATU -nin dosenti, Qarabağ müharibəsi veteranıdır. Fəal ictimaiyyəti, xeyirxah insandır." Həkəri" qəzetinin( içtimai əsaslarla) şöbə müdiridir.
Dövlətimiz həkim və tibb işçilərinə daha çox diqqət və qayğı göstərir Pondemiya dövründə nə qədər həkimlərimiz, tibb işcilərimiz gecə - gündüz yorulmadan xalqımıza xidmət göstərdilər.
44 günlük vətən müharibəsində Qələbə sevincini bizimlə boluşən , Şuşaya, Ağdama ziyarət edən, sevincdən kovrələrək kövrək anları yaşayan Taryel Eyvazov mətbuat səhifələrində çıxış edərək dövlətimizin daha da güclənməsi naminə bu gün də səmərəli fəaliyyət göstərir .
Allahdan Elonora xanıma, Taryel həkimə sağ ol deyir və Ağdamlı, Qarabağlı günlərimizə qovuşmaq və ömrümüzün qalan hissəsini də ata- baba yurdumuzda mehriban yaşamaq ümidiylə cansağlığı arzulayıram.
Rauf İlyasoğlu.