SON DƏQİQƏ

Kəlbəcər istiqamətində mövqelərimiz ATƏŞƏ TUTULDU

Tarix:4-07-2022, 23:01

İyulun 4-ü gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini iriçaplı silahlardan intensiv atəşə tutub.
XeberTıme.az xəbər verir ki, bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.
Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

“XeberTıme.az”                                                               

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ