SON DƏQİQƏ

Şuşa ilk sakinlərini bu tarixdə QƏBUL EDƏCƏK

Tarix:10-07-2022, 01:14

“Gələn ilin sonunda biz ilk sakinlərimizi qəbul edəcəyik və onlara evlərinin açarlarını təhvil verəcəyik”. 
XeberTıme.az  xəbər verir ki, bunu Prezidentin Şuşa şəhəri üzrə xüsusi nümayəndəsi Aydın Kərimov Azərbaycan Respublikası diplomatik nümayəndəliklərinin rəhbərlərinin Şuşada keçirilən müşavirəsində deyib.
 
Prezidentin xüsusi nümayəndəsi qeyd edib ki, Şuşada artıq 23 binadan ibarət ilk yaşayış kompleksinin inşasına başlanılıb.
 
A.Kərimov vurğulayıb ki, başlıca məqsəd keçmiş məcburi köçkünlərin ən qısa zamanda doğma yurd-yuvalarına qayıtmasıdır.

 “XeberTıme.az”   



FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ