SON DƏQİQƏ

Əhali Ağalıda nə vaxt qazla təmin olunacaq? - AÇIQLAMA

Tarix:25-07-2022, 23:43

Xəbər verdiyimiz kimi, Zəngilan rayonunda "ağıllı kənd" konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə əhalinin köçürülməsinin birinci mərhələsi başa çatıb.
Əhalinin rahat yaşaması üçün şərait yaradılsa da, insanları maraqlandıran digər məsələ isə kəndin qaz təchizatı ilə bağlı suallardır.

XeberTıme.az  bildirir ki, məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev sorğusuna cavab olaraq bildirdi ki, hazırda Ağalı kəndin qazlaşdırma ilə bağlı konkret bir fikir yoxdur:

"Ağıllı kəndlərin, Ağalının qazlaşdırılması ilə bağlı konkret bir fikir yoxdur. Alternativ variantlar istisna deyil. Əgər qazlaşma qərarı verilərsə, Azəriqaz İB buna hazırdır", - deyə qurum rəsmisi bildirib.
Qeyd edək ki, ümumilikdə "Ağıllı kənd" konsepsiyasına uyğun qurulan Ağalı kəndinə 4 mərhələdə köçürülən 41 ailə, 201 nəfər hər cür şəraitlə təmin olunub. Ağalıda məskunlaşacaq sakinlər yüksək keyfiyyətli, "ağıllı" texnologiyalarla təchiz edilmiş evlərlə təmin olunacaqlar. Burada yaşayacaq əhalinin məşğulluq, sosial, təhsil, tibbi məsələləri müvafiq qurumlar tərəfindən həll ediləcək.
Ağalı kəndinə əhalinin köçürülməsi Böyük Qayıdışın ilk qədəmləridir. İşğala qədər bu inzibati ərazi 3 kəndi birləşdirib. Həmin dövrdə Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda 161 ailə (675 nəfər) yaşayıb. Hazırda bu kəndlərdən olan ailələrin ümumi sayı 352-dir (1504 nəfər).
Kənddə reallaşdırılan layihənin icrası - yaşayış, istehsal, sosial xidmətlər, "ağıllı kənd təsərrüfatı", alternativ enerji sahələri üzrə həyata keçirilib. Ağalıda inşa olunan 200 evdən ibarət kəndin enerjiyə olan tələbatı yalnız alternativ enerji mənbələrindən əldə ediləcək.
Kənddə müasir şəhərsalma standartları tətbiq olunub. Küçələrin "ağıllı" işıqlan­dırılması, isti və soyuğa davamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, Günəş panellərinin quraşdırılması kimi amillər yüksək səviyyədə reallaşdırılıb.
Mövcud qanunvericiliyə əsasən, məcburi köçkünlər daimi yaşayış yerlərinə qayıtdıqdan sonra üç il müddətində dövlətin onlar üçün müəyyən etdiyi sosial müdafiə tədbirlərindən yararlana biləcəklər.

“XeberTıme.az” 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ