SON DƏQİQƏ

Ermənilər iki rayonumuzu ATƏŞƏ TUTDU

Tarix:8-09-2022, 20:34

Sentyabrın 7-si saat 21:00-dan sentyabrın 8-i saat 04:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər rayonunun Subatan və Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun İstisu və Tovuz rayonunun Ağdam yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.
XeberTıme.az xəbər verir ki, bu barədə  Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.


Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
“XeberTıme.az”                                                               

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ