SON DƏQİQƏ

"Şuşada Baş konsulluq açırıq" - Ərdoğan

Tarix:21-10-2022, 20:58

"Biz də Şuşada Baş konsulluq açırıq".
XeberTıme.az "Haber Global"a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib. R.T.Ərdoğan Şuşanın Azərbaycanın ən mühüm cazibə mərkəzi olduğunu bildirib: "İlham bəy bundan sonra tikiləcək hotellərlə bu cazibə mərkəzini daha da cəlbedici edəcək. Çünki o nöqtədə atılacaq addımlar var. Amma həqiqətən də cənab Prezident dayanmır. Çox qısa müddətdə tikilən birmərtəbəli də olsa, o binalarla bura bir hərəkət gətirdi. Amma Şuşaya qoyulacaq mehmanxana investisiyaları onu həm də cazibə mərkəzinə çevirəcək. Biz də Şuşada Baş konsulluq açırıq".

“XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ