SON DƏQİQƏ

Şuşa ilə bağlı Tədbirlər Planı TƏSDİQLƏNDİ

Tarix:9-02-2023, 22:58

Baş nazir Əli Əsədov “Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. 
XeberTıme.az xəbər verir ki, sərəncama əsasən, Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üzrə əlaqələndirici orqan Mədəniyyət Nazirliyi müəyyən edilib.
 
Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlər Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində aidiyyəti icraçı qurumlar üçün ayrılmış vəsaitlər və qanunvericiliklə qadağan edilməyən digər mənbələr hesabına maliyyələşdiriləcək.
 
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 7 fevral tarixli 134s nömrəli Sərəncamı ilə təsdiq edilmişdir. Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı
Tədbirlər Planı


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ