SON DƏQİQƏ

Liderlərin görüşü Şuşada keçiriləcəkdi... - İlham Əliyevdən jest

Tarix:16-03-2023, 10:23

Bu gün Türkiyənin paytaxtı Ankarada Türk Dövlətləri Təşkilatının dövlət başçılarının fövqəladə Zirvə görüşü keçiriləcək. 
XeberTıme.az xəbər verir ki, AZƏRTAC-da dərc olunan məqalədə qardaş ölkədəki Zirvə görüşünün Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçiriləcəyi bildirilib.
 
Qeyd olunub ki, tədbirin Şuşada keçirilməsi nəzərdə tutulmuşdu, lakin Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Prezident İlham Əliyev qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış edib.
 
"Digər iştirakçı ölkələrin rəhbərliyi ilə razılaşdırıldıqdan sonra bununla bağlı müvafiq qərar qəbul olunub. Bu, bir daha Azərbaycan-Türkiyə qardaşlığının, Türk dünyasında qarşılıqlı dəstəyin və hörmətin bariz nümunəsidir", - deyə məqalədə vurğulanıb.

 “XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ