SON DƏQİQƏ

Cəbrayılda çoban minaya düşərək öldü

Tarix:1-05-2023, 19:22

Cəbrayılda çoban minaya düşüb.
XeberTıme.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki,  hadisə rayonun Cocuq Mərcanlı kəndində baş verib.
1964-cü il təvəllüdlü çoban Oqtay Alışov at üstündə olarkən tank əleyhinə minaya düşüb.
O, hadisə yerində ölüb.
DİN Mətbuat Xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, hazırda aidiyyəti dövlət qurumları ilə birlikdə polis əməkdaşları hadisə yerində araşdırma aparırlar.

 
“XeberTıme.az” 


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ