SON DƏQİQƏ

ANAMA əməkdaşları Füzulidə qəzaya düşdü - Yaralılar var

Tarix:5-07-2023, 23:20

Füzuli rayonunda ANAMA əməkdaşları yol qəzasına düşüb. 
XeberTıme.az xəbər verir ki,  Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən  bildirilib ki, 2023-cü il 05 iyul tarixində Füzuli rayonunun Kurdmahmudlu kəndi ərazisində yol nəqliyyat hadisəsi baş verib.
 
Hadisə nəticəsində Agentliyin əməkdaşları Məhərrəmov Orxan, Hacıyev Ceyhun, Aslanov Afiq və Əhmədov Elnur xəsarət alıb. Xəsarət alan şəxslər Füzuli rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 
 
Hadisə iş saatından sonra, əməkdaşın şəxsi avtomobili ilə hərəkətdə olduğu zaman baş verib.
 
İctimaiyyətə əlavə məlumat veriləcək.

XeberTıme.az

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ