SON DƏQİQƏ

“Qarabağ Azərbaycandır!”- AĞDAMDA

Tarix:23-07-2023, 10:53

Hər həftənin 3-cü günü saat 23:00-da sevimli teleaparıcı Nuranə Gülərin təqdimatında Space TV-də yayımlanan “Qarabağ Azərbaycandır” telelayihəsi bir sıra ziyalılarla, Qarabağ qaziləri ilə birgə bu dəfə Qarabağın dilbər guşəsi olan Ağdam rayonunda yaşayan qürur tariximizi yazan mübarək şəhidlərimizin ailəsini ziyarət etdi. Ağdam rayonunun girişində Qarabağ qaziləri, bir sıra ziyalılar qonaqları qarşıladılar. Şəhidlərin əbədi xatirəsi üçün tikilən abidə ziyarət olundu, şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan danışıldı və hər birinin xatirəsi ehtiramla yad olundu. Sonra Azərbaycanın qürurverici 3 rəngli bayraqları ilə bəzədilən maşınlarla Şəhidlər Xiyabanına üz tutuldu, şəhidlərin məzarları ziyarət olundu, gül-çicək dəstələrə qoyuldu, ruhlarına dualar oxundu. Sonra bir sıra ziyalılar, Qarabağ qaziləri “Şəhidlər ölməz, Vətən bölünməz!”, Azərbaycan Bizimdir! Qarabağ Azərbaycandır!“ şüarları ilə mübarək şəhidlərin böyüyüyüb boya-başa çatdığı evə addımladılar.                            
Vətən müharibəsinin gizir şəhidi Sadıqov Elgün  Heydər oğlunun, İbrahimli Qəşəm Süleyman oğlunun, Ramil Əliyevin  ailəsi ziyarət olundu, şəhidlərimizin məktəb  illərində Vətənə, torpağa bağlılığından, daima “böyüyəcəm qəhrəman olaraq torpaqlarımızı azad edəcəm” dediyi cümlələri, döyüşdə göstərdiyi sücayətliklərindən, keçdiyi şərəfli döyüş yolundan qürurla danışaraq şəhidlərimizi ehtiramla andılar, ailə üzvülərinə səbr, ölkəmizə sülh və əmin-amanlıq dilədilər. Sonda şəhidlərin şəxsi əşyalarından ibarət ev muzeyi ziyarət olundu.      
Xatırladaq ki, Ağdam rayonu birinci Qarabağ müharibəsində ən çox şəhid verən qəhrəman rayondur. Vətən müharibəsində 147 nəfər şəhidlik zirvəsinə ucalıb.   
  
QƏHRƏMANLAR UNUDULMUR!

Yeganə Telmanqızı               
“XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ