SON DƏQİQƏ

Separatçılardan geri addım - Ağdam-Xankəndi yolu açılır

Tarix:17-09-2023, 22:46

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki erməni separatçıları yüklərin Ağdam-Xankəndi yolu ilə aparılması təklifini qəbul ediblər. 
XeberTıme.az  xəbər verir ki, bu barədə separatçıların "informasiya mərkəzi" məlumat yayıb.
 
Onlar yüklərin Beynəlxalq Qızıl Xaç Komitəsinin Xankəndi ofisi və sülhməramlılar tərəfindən daşınmasını istəyir.

 
Separatçılar Ağdam-Xankəndi yolu ilə yanaşı Laçın yolunun da açılmasını istəyirlər.
 
Qeyd edək ki, Qarabağda yaşayan erməniəsilli sakinlərin ehtiyaclarını qarşılamaq üçün Azərbaycan tərəfimdən göndərilən ərzaq yüklü avtomobil karvanı artıq 19-cu gündür Ağdam-Xankəndi yolunda gözləyir.
 
Xatırladaq ki, Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Rusiya tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədi ilə, Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə, ümumilikdə 1 TIR ərzaq yükü artıq Ağdam-Əsgəran-Xankəndi yolunun üzərindəki Rusiya sülhməramlılarının postundan keçərək Xankəndiyə gedib. 

XeberTıme.az 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ