SON DƏQİQƏ

Qarabağda Azərbaycan manatı tədavülə BURAXILIR

Tarix:3-10-2023, 01:32

Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası çərçivəsində Azərbaycan Respublikasının milli valyutasının tam tədavülə keçməsi təmin edilir. 
XeberTıme.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası məlumat yayıb.
 
Sakinlərin yaşadıqları ərazilərdə sahibkarlıq fəaliyyəti üçün dəstək tədbirləri həyata keçirilir. Ölkədə sahibkarlıq subyektlərinin maliyyəyə çıxış imkanlarının artırılması ilə bağlı tətbiq olunan güzəştli kreditlər, faizlərin subsidiyalaşdırılması, kreditlərə zəmanətin verilməsi və digər maliyyə alətləri sakinlərin yaşadıqları ərazilərə şamil olunur.
 
Fermerlərə subsidiyalar verilir və onlar torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azad edilir.
 
Mülkiyyət məsələləri Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tənzimlənir.

XeberTıme.az    

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ