Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasının vaxtını müzakirə etmək üçün bu gün İrəvana səfər edəcək.
XeberTıme.az xəbər verir ki, bu barədə TASS agentliyinə diplomatik mənbə bildirib.
"Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti bu gün İrəvana səfər edəcək. Ermənistan tərəfi ilə görüşdə Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasının konkret tarixləri müzakirə olunacaq", - mənbə deyib.
Detallar açıqlanmayıb.
Qeyd edək ki, dünən Rusiya sülhməramlıları Qarabağın bir sıra bölgələrində yerləşən müvəqqəti müşahidə məntəqələrini bağlayıblar. Sülhməramlılar Əsgəran, Ağdərə və Şuşa rayonlarındakı postları tərk ediblər.
XeberTıme.az