SON DƏQİQƏ

"Xarıbülbül" festivalında yaşlı nəslə EHTİRAM

Tarix:12-05-2024, 18:18

Mayın 11-də Şuşa şəhərində “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılışı olub. 
XeberTıme.az  xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva festvalın açılışında iştirak ediblər.
 
Açılış konsertində müxtəlif ölkələrdən məşhur ifaçılar - Azərbaycandan Xalq artistləri Arif Babayev, Gülyanaq Məmmədova, Polad Bülbüloğlu, Zeynəb Xanlarova, Zülfiyyə Xanbabayeva, Sevda Ələkbərzadə, Əməkdar artist Rəşad İlyasov, Qazaxıstandan Əməkdar artist Əlişer Kərimov, Qvineyadan Aboubakar Silla, Özbəkistandan Xalq artisti Nəsibə Abdullayeva, Türkiyədən Hüsnü Şenlendirici, həmçinin “Aşıqlar qrupu”, Azərbaycan Dövlət Rəqs Ansamblı, “Natiq” ritm qrupu, Birləşmiş Ərəb Əmirliklərindən “Almazyood”, İndoneziyadan “Sendja Community”, Qətərdən “Qılınc rəqqasları”, Mərakeşdən “Tizwit” qrupları, Özbəkistandan “Navbahor” Mahnı və Rəqs Ansamblı, Türkiyədən “Anadolu atəşi” rəqs qrupu və digərləri çıxış ediblər. Konsert iştirakçıların ifasında festivalı rəmzi olaraq təcəssüm etdirən “Səsin gəlsin, Xarıbülbül” mahnısı ilə yekunlaşıb.
 
Festivalda diqqət çəkən məqamlardan biri isə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın yaşlı nəslin nümayəndəsi olan qonaqlara xüsusi ehtiram göstərmələri olub.
elə ki, Prezident və birinci xanım Xalq artistləri Arif Babayev, Zeynəb Xanlarova, Xalq yazıçısı Anar və digər qonaqlara tək-tək görüşüb, onlarla səmimi söhbət ediblər.
 
Xatırladaq ki, festival mayın 12-də Şuşada, 13-də isə Laçında davam edəcək. 

XeberTıme.az   



FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ