SON DƏQİQƏ

Ağdam şəhərinə ilk köç bu tarixdə olacaq

Tarix:30-09-2024, 21:58

Ağdam şəhərinə ilk köç gələn ilin payızında planlaşdırılır. 
XeberTıme.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
 
O qeyd edib ki, azad edilən ərazilərə köçürülən vətəndaşlar üçün dövlət hər cür şərait yaradıb:
 
"Bu işlər Böyük Qayıdışa dair birinci Dövlət Proqramı çərçivəsində plana uyğun qaydada davam edir. Məşğulluq və infrastruktur məsələlərini düzgün ardıcıllıqla planlaşdıraraq bunu edirik".
 
O qeyd edib ki, hazırda Ağdam rayonunun üç kəndində quruculuq işləri davam edir:
 
"Prezident İlham Əliyev sonuncu dəfə Ağdama səfər etmişdi. Orada hazırda üç kənddə - Kəngərli, Xıdırlı, Sarıcalıda bərpa-quruculuq işləri davam edir. Baş Qərvənd kəndində də slovakiyalı mütəxəsisslərlə birgə kəndin bərpası üzrə işlər gedir.
 
Ağdam rayonunda digər kəndlər üzrə layihələndirmə işləri aparılır. Şəhərin özündə beş məhəllənın salınması nəzərdə tutulur. Hazırda 2-ci məhəllədə 66 bina inşa olunur. Ağdam şəhərinə gəən ilin payızında ilk köç planlaşdırılır. Bundan sonra paralel olaraq, tikinti işləri yekunlaşdıqdan sonra digər məhəllələrə də köç başlayacaq". 

XeberTıme.az 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ