SON DƏQİQƏ

Laçın şəhərinə müntəzəm avtobus reysi istifadəyə veriləcək-YENİLƏNİB

Tarix:10-10-2024, 23:48

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) oktyabrın 13-dən Laçın şəhərinə müntəzəm avtobus reysi istifadəyə verəcək.
XeberTıme.az bu barədə agentliyə istinadən xəbər verir.
Məlumata görə, məqsəd "Böyük Qayıdış" proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşların keyfiyyətli nəqliyyat infrastrukturu və xidmətləri ilə təmin olunmasıdır.
Reyslər Bakı Beynəlxalq Avtovağzal Kompleksindən hər gün saat 08:00-da, Laçın şəhərindən Bakıya isə 16:00-da həyata keçiriləcək. Bakı-Laçın-Bakı reysi üzrə bir istiqamət üçün biletin qiyməti 16,2 manat təşkil edir. Bu reys üzrə Zəngilan rayonunun Ağalı kəndi aralıq məntəqə kimi müəyyən edilib. Bakı-Zəngilan (Ağalı) aralıq məntəqəsi üçün biletin qiyməti 13,9 manatdır.
Biletləri "biletim.az" portalı üzərindən yalnız onlayn qaydada əldə etmək olar.
Biletləri əldə edərkən işğaldan azad olunmuş ərazilərə girişlə bağlı buraxılış qaydalarına uyğun olaraq icazələrin olması mütləqdir.

Bakıdan işğaldan azad edilmiş ərazilərə yeni marşrut xətti açılacaq.
Bu barədə APA-ya açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev məlumat verib.
"Yaxınlarda bu barədə elan ediləcək. Yeni marşrut artıq hazırlanıb", - deyə Anar Rzayev bildirib.  

XeberTıme.az

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ