SON DƏQİQƏ

Zirvəyə ucalan ad!

Tarix:23-01-2021, 03:45

Bu günə qədər Qəhrəman Tərtərin 57 igid oğulları Vətən müharibəsində şəhidlik zirvəsinə ucalıb. 
Şəhidimizi tanıyaq: 

İsmayıllı Şamil Kamil oğlu 4 yanvar1993-cu ildə Tərtər rayon Dəmirçilər kəndində sadə azərbaycanlı ailəsində anadan olub. 1999-2010-ci illəərdə Azər Məmmədov adına Dəmirçilər kənd tam orta məktəbində təhsil  almışdır. 2011-ci il  4 yanvarın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  Tərtər rayon İdarəsindən həqiqi hərbi xidmətə çağırılır hərbi xidmətə getmiş, Tovuz rayonunda N saylı hərbi hissədə xidmət etmişdir.              
Hərbi xidmətdən qayıtdıqdan sonra 2013-cü ildə Tərtər rayoun N-saylı hərbi hissəsində MAHHXH  qulluqçusu vəzifəsində işləməyə başlamışdır. O, işlədiyi müddətdə  müxtəlif hərbi təlimlərdə aktiv iştirak etmişdir. 2016-cı il Aprel döyüşlərində və iyul ayında Tovuz döyüşlərində qəhrəmanllıqla vuruşmuşdur.                                            
27 sentyabrdan başlanan 44 günlük Vətən müharibəsində Şamil İsmayıllı şərəfli döyüş yolu keçmişdir.                       
19 oktyabr 2020-ci il... Suqovuşan istiqamətində gedən ağır döyüşlərdə şəhidlik zirvəsinə ucalımışdır. 20 oktyabr Tərtər rayonu  Dəmirçilər kəndində uğrunda öldüyü 27 yaşlı şəhidimiz torpağa tapşırılır. Dəfn mərasimində şəhidin ailə üzvüləri, döyüş yoldaşları, ictimayyət nümayəndələri və rayon sakinləri iştirak etdilər. Şəhidin tabutuna bükülmüş üçrəngli Azərbaycan Bayrağı şəhidin ailə üzvülərinə təqdim olunur.                                                               

Öz taleyini hərbi xidmətə bağlayan, hərb sənətini sevən İsmayıllı Şamil  Kamil oğlunu Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bir sıra təltiflərə layiq görülüb:                                                                                                      
2018-ci ildə “Azərbaycan Ordusunun 100 illiyi” (1918-2018) 100 illik yubley medalı.
15 dekabr 2020-ci il “Vətən uğrunda” medalı (ölümündən sonra).                                         Şamil  sevib secdiyi Könül xanımla ailəli idi, iki yadigar qız övladı var: Səma və Nərgiz.                                              

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, tanınmış vəkil, “Qanun və İcra” verlişinin aparıcısı Əkbər Yusifoğlu hər zaman şəhid ailələrinin yanındadır.       

- Bu gün ölkəmizdə vətənpərvərliyin təbliği işi uğurla aparılır.  Müasir yeniyetmə və gənclərimiz Vətənimizi sevib, onun uğrunda canından keçən şəhidlərimizi heç vaxt unutmur, onlarla daim fəxr edirlər. Hər biri şəhidlərimizin qısa, lakin  şərəfli ömür yolunu daim özlərinə örnək bilərək, qəhrəmanlığı onlardan öyrənirlər. Ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu gün dünya miqyasında seçilən ölkələr sırasında yer alır. Müstəqilliyimizi, ərazi bütövlüyümüzü qorumağa qadir olan müzəffər orduya sahibik. Artıq üçrəngli bayrağımız Qarabağda Şuşada, Xankəndidə dalğalanır. Şamil İsmayıllı Vətən uğrunda son damla qanına qədər vuruşaraq şəhid oldu, igid oğullarımızın ruhları rahatlıq tapdı. 

Ruhun şad olsun şəhid qardaşım!


Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!

Yeganə Telmanqızı 
 “XeberTıme.az”
  


 
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ