Şuşada 8 Noyabr-Zəfər Günü münasibətilə təşkil olunan silsilə tədbirlərin davamı olaraq İnzibati binanın qarşısında təntənəli konsert keçirilib.
XeberTıme.az xəbər verir ki, konsertdə Respublikanın əməkdar artisti Mətanət İsgəndərli, Fikrət Əmirov adına Dövlət Rəqs Ansamblı, Gülay Zeynallı və digər müğənnilər musiqili proqramla çıxış ediblər.
Konsertin sonunda atəşfəşanlıq olub.
XeberTıme.az