24 noyabr 2024-ci il tarixində dermatoloq və kosmetoloqlar Şuşada “Qarabağ” otelde Dermokosmetoloqların birinci Şuşa seminarı keçirilib.“Legend Company” şirkətinin təşkil etdiyi seminar Zəka akademi croup, Aestetic beauty, Academy By U.H baş sponsorlugu ilə həyata keçirilib.
“Legend Company” şirkətinin təsisçi rəhbəri Əfsanə Nəbiyevanın təşkil etdiyi bu seminarda tanınmış, illər ərzində öz sözünü demiş pedaqoq, dermokosmetoloq Ülkər Həsənovanın təqdimatında müasir dövrün ən yeni preparatı olan “Ekzasom” yəni kök hüceyrə prosedurunun master klası və bir çox kosmetoloji texnikaların tətbiqini həkim komandası ilə təqdim edilib. Baş sponsor olan Gen croup Genel müdürü Anıl xanım Türkiyədən təşrif buyurub.
Seminarın sonunda mütəxəssislər Beynəlxalq dərəcəli sertifikat ilə təltif olunublar.
Seminarın sonunda bütün qonaqlar Ağdam, Əsgəran, Xocalı, Şuşa, Xankəndi şəhərini ekskursiya etdilər. Onlar Ağdam məscidində şəhidlərin ruhuna salavat verərək qazilərə və müharibə iştirakçılarına sağ canlığı arzu etdilər.
11 il sizinlə, adımız etibarımızdı şüarı ilə ondəyik!
“XeberTıme.az” İnformasiya Portalı seminardan fotoxronikanı sizə təqdim edirik:
Yeganə Telmanqızı
XeberTıme.az