SON DƏQİQƏ

Rasim Vətənini, xalqını ən ülvi hisslə sevirdi + FOTOLAR\VİDEO

Tarix:28-01-2021, 23:43

 Siz Qarabağ zəfərini tatixə yazdız!  Azərbaycan İkinci Qarabağ müharıbəsində qələbə qazandı. 44 günlük müharibə tarixi ədaləti bərpa edib 30 illik işğala son qoydu.                                                                    

Qələbə tarixi yazan qəhrəmanızı tanıyaq:


Rasim Ramazanov Tərlan xanımın və İsmayıl bəyin ilk övladıdır. O, 26 iyul 1998-ci ildə  Naxçıvan Muxtar Respublikasının Babək rayonunda zəhmətkeş bir ailədə dünyaya gəlmişdir. 2004-2015-ci illərdə şəhid Vəli Mahmudov adına Babək rayonu 1 saylı tam orta məktəbdə təhsil alır.


30 iyul 2016-cı ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Babək rayon İdarəsindən həqiqi xidmətə çağrılır. Rasim Naxçıvan Muxtar Respublikasının Gəngərli rayonu ərazisində yerləşən N saylı hərbi hissədə post əsgəri kimi xidmətə başlayır. 7 aydan sonra o öz xahişi ilə düşmənlə 25-30 metr arası olan “Sədərək postu”nda xidmətini davam etdirir. 2018-ci ilin yanvar ayında həqiqi xidmətin başa vuraraq böyüyüb boya-başa çatdığı Babək rayonuna qayıdır.



 Hərbi peşəsinə olan maraq Rasimdə günü-gündən artır və hərbiçi olmağına qərar verir. 2018-ci ilin sentyabr ayında  Naxçıvan Muxtar Respublikasında yerləşən Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsinə müraciət edərək sürüçü vəzifəsində MAHHXH qulluqçusu xidmətə başlayır.

                                                
Azərbaycanda İkinci Qarabağ müharibəsi başlanan gündən Rasim dinclik tapmır və cəbhədə vuruşmağa can atır və könüllü ərizə ilə müraciət edir. Oktyabrın 11-də Rasim Ramazanov cəbhəyə ezam olunur. O döyüşlərə   Füzulidən başlayır və Xüsusi Təyinatlı Qüvvələrinin qrupuna qoşulur. Onun Füzuli rayonunun bir necə kəndinin işğaldan azad olunmasında müstəsna xidmətləri var.  
2020-ci il 18 oktyabr...Gecə saatlarında Xocavəndin Tuğ qəsəbəsinin azad olunmasında qrup hərəkətə keçir və 53 nəfər heyətlə  mühasirəyə düşürlər, gecə saatlarında onlardan 30 nəfəri şəhid olur. Rasimdə bu 30 nəfərin içində şəhidlik zirvəsinə ucalır. Xatırladaq ki, həkim qrupunun ilk şəhid polkovniki, hərbi hissənin komandiri Anar Əliyevdə bu heyətin içində olur. 53 nəfər heyət  müharibədə qarşılarına qoyulmuş tapşırıqları yerinə yetirirlər. Tuğ qəsəbəsini, strateji zonanı, yüksəkliyi ələ keçirirlər və buradanda Şuşa kəndə, Xocavəndə, Şuşaya yol açılır. Şüşa şəhərinin azad olunmasında bu qrupun misilsiz xidmətləri olur.  


Bir gün neytral zonada qaldıqdan sonra Xüsusi Təyinatlı Qüvvələri yaralıları və şəhidləri azad edirlər.                         
Oktyabrın 26-da  Rasimin nəşi Naxçıvan Muxtar Respublikasına yola salınır. Rasim Ramazanov Babək rayon qəbirsanlığında canı qədər sevdiyi torpağa tapşırılır. 22 yaşlı igidlə son vida üçün minlərlə şəhər sakinin, rayon rəsmlərinin, dostları, yaxınları gəlmişdir. Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Ramazanov Rasim İsmayıl oğluna  ölümündən sonra “Vətən uğrunda” medalı, “Şuşanın azad olunmasına görə” medalı, "Hərbi xidmətlərə görə” medalı ilə təltif etmişdir.

                                                                                                                         Kiçik qardaşı Rahim Ramazanov hal-hazırda H.Əliyev adına Ali Hərbi Məktəbinin hərbi hava qüvvələri  fakültəsinin  4-cu kurs tələbəsidir.                                                 

Rahim müsahibim oldu və Rasimin arzularından danışdı:                                     

– Ailədə iki qardaş idik. Rasimin Vətən müharibəsində iştirak etmək hərbiçi olaraq ən böyük istəyi idi. Qardaşımın  böyük arzusu gözəl həyat qurmaq, müxtəlif xarici ölkələri səyahət etmək idi. Çox zövqlü bir oğlan idi, hər şeyin yaxşısını seçib geyərdi, həttda hədiyyə belə alanda onunda ən gözəlin alardı. Ölümündən ən gözəlin seçdi...                                                       
Onun ürəyinə dammışdır şəhid olacaq, tez-tez şəhidliyindən də danışırdı...Qonşumuz Röyal Abdullazadə ilə birgə cəbhəyə ezam olunmuşdur, Röyal qazi oldu. Ona bir məktub yazıb verir Röyal soruşur ki, “nədir bu məktub?” Rasim deyir ki, “sən evə gedecəksən, mən gedə bilməyəcəm, sən bu məktubu bizə verərsən...” Sözün bitdiyi yer...
Allah cəmi şəhidlərimizə rəhmət eləsin!


Cəbhədə Rasim Ramazanovun döyüş yoldaşları ilə çəkdirdiyi video çarxı sizə təqdim edirik. Xatırladaq ki, bu şəhidimizin son sözləri olub. 
Nur içində yatasan  şəhid qardaşım! 

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!

Yeganə Telmanqızı 
 “XeberTıme.az”




                                                                                                                                                                                                                                                                                                                                        

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ