Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı yola düşüb.
XeberTıme.az xəbər verir ki, Sarıcalı kəndinə daha 39 ailə (169 nəfər) Qaradağ rayonunun Lökbatan qəsəbəsindən yola salınıb.
Bərdə rayonundan – 4 ailə (16 nəfər), Abşeron rayonundan – 3 ailə (7 nəfər), Mingəçevir şəhərindən – 2 ailə (11 nəfər), Şəki rayonundan – 2 ailə (6 nəfər), Gəncə şəhərindən – 1 ailə (7 nəfər), Şəki rayonundan – 1 ailə (6 nəfər) və Sumqayıt şəhərindən – 1 ailəyə (4 nəfər) evlərin açarları təqdim olunacaq.
Daha əvvəl Sarıcalı kəndinə köç karvanı bu il aprelin 2-də və 10-da yola salınıb.
XeberTıme.az