SON DƏQİQƏ

Xocalının Daşbulaq kəndinə ilk köç olub

Tarix:13-09-2025, 22:09

Qarabağa böyük qayıdış prosesi çərçivəsində sentyabrın 13-də Xocalı rayonunun Daşbulaq kəndinə yola salınan ilk köç ünvana çatıb.
XeberTıme.az bildirir ki, 67 nəfərdən ibarət 13 ailəyə müasir tələblərə cavab verən fərdi evlərin açarları təqdim olunub.
Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.
Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov bildirib ki, kənddə sakinlərin yaşayışı üçün lazımi infrastruktur yaradılıb, yaşayış məntəqəsi içməli su, elektrik enerjisi, qazla təmin edilib.
Daşbulağa qayıdan sakinlər onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. 


Xocalının Daşbulaq kəndinə ilk köç karvanı çatıb, açarlar sakinlərə təqdim edilib - FOTO  - YENİLƏNİBXocalının Daşbulaq kəndinə ilk köç karvanı çatıb, açarlar sakinlərə təqdim edilib - FOTO  - YENİLƏNİBXocalının Daşbulaq kəndinə ilk köç karvanı çatıb, açarlar sakinlərə təqdim edilib - FOTO  - YENİLƏNİBXocalının Daşbulaq kəndinə ilk köç karvanı çatıb, açarlar sakinlərə təqdim edilib - FOTO  - YENİLƏNİBXocalının Daşbulaq kəndinə ilk köç karvanı çatıb, açarlar sakinlərə təqdim edilib - FOTO  - YENİLƏNİBXocalının Daşbulaq kəndinə ilk köç karvanı çatıb, açarlar sakinlərə təqdim edilib - FOTO  - YENİLƏNİBXocalının Daşbulaq kəndinə ilk köç karvanı çatıb, açarlar sakinlərə təqdim edilib - FOTO  - YENİLƏNİB

 
XeberTıme.az

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ