SON DƏQİQƏ

Bu rayona köç başlayır

Tarix:10-05-2026, 09:42

Cəbrayıl rayonun Şükürbəyli kəndinə ümumilikdə 2 522 nəfərin (615 ailə) köçürülməsi nəzərdə tutulur.
XeberTıme.az xəbər verir ki, bu barədə mayın 9-da Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya Şükürbəyli kəndində inşa edilmiş fərdi evlərdə yaradılmış şəraitlə tanış olarkən məlumat verilib.
Qeyd olunub ki, kəndə rayonun Şıxalıağalı, Dəjəl kəndlərinin və Mahmudlu qəsəbəsinin sakinləri də daxil olmaqla, ümumilikdə 2522 nəfərin (615 ailə) köçürülməsi planlaşdırılır.
İlkin mərhələdə 635 fərdi ev istifadəyə verilib. Onlardan 615-i sakinlər, 20-si isə xidməti istifadə üçündür. Evlər 2, 3, 4 və 5 otaqlıdır. 

XeberTıme.az

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ