“Ağdam urbisidin (şəhərlərə qarşı soyqırımın) canlı təsviri və etirafıdır”.
XeberTıme.az bildirir ki, bu sözləri Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitter səhifəsində yazıb.
“Şəhərlərin soyqırımı. Ermənistan 28 il ərzində Ağdamda həqiqi urbisid həyata keçirib”, - deyə Hacıyev əlavə edib.
O, paylaşımına "Cinex Productions"un 27 il erməni işğalından sonra Azərbaycanın Ağdam rayonundan hazırladığı videogörüntüləri əlavə edib.