SON DƏQİQƏ

Sumqayıt şəhər 1 saylı doğum evində əkiz qardaşlar dünyaya gəldi- Hüseyn, Polad

Tarix:19-09-2021, 16:14

“Umid” Xeyriyyə Cəmiyyətinin növbəti uğurlu addımı. Bir necə ay öncə Stansiya Sumqayıt qəsəbəsində yaşayan aztəminatlı ailənin xanımı Səfiyarova Xəyalə Möhüş qızı “Umid” Xeyriyyə Cəmiyyətinə müraciət edərək bildirmişdir ki, ailənin maddi gəliri çox azdı. Yaxın günlərdə dünyaya gələn körpələrinə dəstək olsunlar. “Umid” Xeyriyyə Cəmiyyətinin rəhbəri Raya Məlikova və  XeberTıme.az informasiya portalının rəhbəri Yeganə Telmanqızı Sumqayıt şəhər 1 saylı doğum evinin baş həkimi Təranə Rəcəbliyə müraciət etdi. Təranə xanım və doğum evinin ginikoloqu Yeganə Muradzadə bu əməliyyatı xəstaxana tərəfindən tam təmənnasız şəkildə qarşılacağını bildirdi.                                                   
18.09.2021-ci il tarixində saat 17:00 radələrində Səfiyarovlar ailəsinin 2 ekiz övladları dünyaya gəldi. XeberTıme.az informasiya portalı və “Umid” Xeyriyyə Cəmiyyəti olaraq Sumqayıt şəhər 1 saylı doğum evinin baş həkimi Təranə Rəcəbliyə, ginikoloq Yeganə Muradovaya,  anestezioloq Aynisə Cəlilovaya, neonatoloq Aidə Niftaliyeva və kicik tibb personalına öz təşəkkürümüzü bildiririk.                                                               
Ginikoloq Yeganə Muradzadə öz müshibəsində bildirdi:                 

- Səfiyarovalar ailəsinin 2 ekiz övladları qeysəriyyə əməliyyatı yolu ilə dünyaya gəldilər. Ananın vəziyyəti yaxşıdır, uşaqların vəziyyətləri qeyri-kafidir. Bir uşaq 2.200 qram, digəri isə 2.700 qramdır. Məqsədimiz həkim kimi Vətənə sağlam övlad gəlməsinə əlimizdən gələni etməkdir. Yeganə xanım ailə məni böyük şərəfə layiq bilərək hər iki övladlarının adının verilməsini mənə havalə etdilər. Vətən müharibəsində Zəfər qazandıq, oğullarımız torpaq, xalq yolunda şəhidlik zirvəsinə ucaldılar. Bir ölər, min dirilər deyiblər atalarımız. Məndə uşaqların adlarının birinin əfsanəvi generalmız Polad Həşimovun şərəfinə Polad, digərini isə məhərrəm ayına təsadüf etdiyi üçün  Kərbəla şəhidi İmam Hüseynin şərəfinə Hüseyn adını verdim. Sağlam, atalı-analı böyüyüb Vətəninə, xalqına, dövlətinə layiq vətəndaşlar olsun İnşallah.            
Yaxşılıq yeganə libasdır ki, heç vaxt köhnəlmir. Sumqayıt şəhər 1 saylı doğum evinin tibbi işçiləri sizin hər birinizin etdiyiniz bu yaxşılığı xeyirxah, nəcib təşəbbüsünüzü, əməlisaleh işlərinizi bütün Azərbaycan xalqı alqışlayır. 

 Yeganə Telmanqızı 
 “XeberTıme.az”


                                                                                                                                                                           

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ