SON DƏQİQƏ

Virusa yoluxanların sayı sağalanların sayını KƏSKİN ÖTDÜ - Günün statistikası

Tarix:16-01-2022, 00:54

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 710 yeni yoluxma faktı qeydə alınıb, 260 nəfər müalicə olunaraq sağalıb.
XeberTıme.az  bildirir ki,  Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 624 918 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 608 145 nəfər müalicə olunaraq sağalıb, 8 510 nəfər vəfat edib, aktiv xəstə sayı 8 263 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 150, ötən müddət ərzində isə ümumilikdə 5 997 160 test aparılıb.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ